9 C
Baku
Friday, December 13, 2024

AccessBank xüsusi istiqrazların emissiyasını reallaşdırıb

®20 yaşını qeyd edən AccessBank ölkədə aqrar sektorun inkişafına yönəlmiş ilk tematik istiqrazların emissiyasını reallaşdırıb.

Noyabr ayının 29-da AccessBank-ın “Aqrar İnkişaf İstiqrazları”nın ilk emissiyasının “Açılış zəngi” baş tutub. İstiqrazlar 5 milyon ABŞ dolları həcmində, 18 ay müddətinə, illik 5.5% kupon dərəcəsi ilə emissiya edilib və tam olaraq yerləşdirilib. 

“Açılış zəngi” mərasimində iştirak edən AccessBank-ın İdarə Heyəti sədrinin müavini, Baş Maliyyə Inzibatçısı Ramin Hüseynov xarici valyutada və məqsədli maliyyələşmə hədəfli bu istiqrazların emissiyasını müəyyən fasilədən sonra kapital bazarına qayıdan AccessBank üçün mühüm hadisə olduğunu qeyd edib. O, 20 illik fəaliyyəti dövründə ölkədə biznesin maliyyələşməsində, xüsusilə də mikro sahibkarların fəaliyyətinin dəstəklənməsində AccessBank-ın dəyişməz innovator və flaqman rolunu vurğulayıb. 

Cənab Hüseynov həmçinin qeyd edib ki, istiqraz gəlirləri aqrar sektorda fəaliyyət göstərən mikro və kiçik sahibkarların maliyyələşdirilməsi ilə ölkənin ərzaq təhlükəsizliyinə töhfə verəcək:”Bu məsələ həm də bankımızın maliyyə bazasını genişləndirəcək ki, bu da bizim uzunmüddətli strategiyamıza uyğundur. Həmçinin, səmərəli əməkdaşlığa görə tərəfdaş qismində çıxış edən ABB-Invest və UniCapital şirkətlərinə təşəkkür etmək istəyirəm.”

Növbəti emissiya planları ilə bağlı Ramin Hüseynov bildirib ki, özəl və institusional investorların alternativ investisiya alətlərinə marağını nəzərə alaraq, emissiya sayının artırılması məsələsinə baxılacaq.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 15-i bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir. 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

AccessBank istiqraz 1

Son xəbərlər
Digər xəbərlər