8 C
Baku
Thursday, December 12, 2024

“AccessBank”ın investorları kapital artımına hazırlaşırlar

“AccessBank” 2017-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

Hesabat dövründə bankın depozit portfelində ciddi artım müşahidə olunub. Belə ki, 2017-ci illə müqayisədə ötən il ərzində depozit portfeli 40,36% və ya təxminən 115 mln. manat artaraq 399,815 mln. manata çatıb.

Ümumiyyətlə, bankın depozit portfeli uzun müddətdir artım tendensiyası nümayiş etdirir. Təkcə bir faktı qeyd etmək kifayət edir ki, arxada qoyduğumu ilə ərzində bankın depozit portfelində bircə rüb belə olsun azalma olmayıb. Bu isə müştərilər tərəfindən banka olan yüksək etibardan xəbər verir.

31 dekabr 2017-ci il tarixinə bankın ani likvidlik əmsalı 120,88% olub ki, bu da bankda kifayət qədər likvid vəsaitin olması deməkdir.

2018-ci ilin əvvəlinə bankın aktivləri 844,821 mln. manat, kredit portfeli isə 503,503 mln. manat təşkil edib. Ümumiyyətlə, kredit portfelində artım tendensiyası müşahidə olunmaqdadır. Xüsusilə qeyd etmək yerinə düşər ki, 2017-ci ilin dekabr ayında bank kreditləşmədə yeni rekorda imza atıb.

Bundan başqa, rüb ərzində “AccessBank” faiz gəlirlərini 31,14% artıraraq 102,475 mln. manata çatdırıb. Bankın xalis faiz mənfəəti 34,54% artaraq 38,958 mln. manat təşkil edib.

2017-ci ilin sonuna bankın gəlirləri 24,204 mln. manat olub ki, bu da III rüblə müqayisədə 5,67%-lik artımdan xəbər verir.

Bankın İdarə Heyətinin sədri Rolf Reyxardt maliyyə göstəricilərini şərh edərkən bunu bildirib: “Mövcud iqtisadi durumda investorlar bankın inkişafını müsbət dəyərləndirir və kapital artımına hazırlaşırlar. “AccessBank” 2018-ci ilə olduqca pozitiv yanaşır. İl ərzində bank maliyyə dayanıqlılığını daha da artırmağı, bazardakı mövqeyini gücləndirməyi planlaşdırır. Əsas prioritetlərimiz bundan sonra da yerli sahibkarlara hərtərəfli dəstək vermək, rəqəmsal bankçılığın əhatə dairəsini genişləndirilmək və müştəri məmnuniyyətini və etimadını artırmaq olacaq”.

“AccessBank”ın nizamnamə kapitalı 140,25 mln. manat təşkil edir. Səhmlərin 100%-i xarici kapitaldan ibarətdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bankın səhmdarları bunlardır: Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW – “Kreditanstalt für Wiederaufbau” (20%), “Access Microfinance Holding AG” (16,53%) və “LFS Financial Systems GmbH” (3,47%).

Son xəbərlər
Digər xəbərlər