26 C
Baku
Saturday, July 27, 2024

İş adamı Araz Ağalarov Rusiyadan 1 mlrd. məbləğində təzminat alıb

Rusiya hökuməti “Crocus Group”a Vladivostokda APEC sammiti obyektlərinin tikintisi zamanı şirkətə dəymiş zərərə görə 1,1 mlrd. rubl təzminat ödəyib. 

Agentlik “RBK”yə istinadən xəbər verir ki, məlumatı şirkətin rəhbəri Araz Ağalarov təsdiqləyib.

Ağalarovun sözlərinə görə, bir neçə ay əvvəl o, məhkəmənin qərarı üzrə icra vərəqi ilə Maliyyə Nazirliyinə müraciət edib və pulu alıb.

Qeyd edək ki, şirkət 1,9 mlrd. rubl tələb edib.

2009-cu ilin yazında “Crocus Group” Vladivostok sammiti üçün “Russkiy” adasında Uzaq Şərq Universitetinin tikintisi üçün baş podratçı seçilib. Müqavilənin məbləği 42 mlrd. rubl təşkil edib.

Ağalarovun sözlərinə görə, yolun tikintisi və ərazinin abadlaşdırılmasına əlavə olaraq 3.6 mlrd rubl şəxsi vəsaitini xərcləyib.

Report

Son xəbərlər
Digər xəbərlər