Adi bankomatlarda Bitcoin nağdlaşdırmaq mümkün olacaq

Banker.az xəbər verir ki, bankomat istehsalı üzrə dünya lideri NCR şirkəti BƏƏ-də kriptovalyuta birjası ilə əməkdaşlıq edərək, istifadəçilərə ATM vasitəsilə öz kriptovalyuta hesablarından pul nağdlaşdırmağa imkan verəcək.

Şirkətin verdiyi məlumatda qeyd edilir ki, bankomat vasitəsilə bitcoin-hesabdan vəsait çıxarmaq hər hansı bir kassa əməliyyatını həyata keçirmək qədər sadədir.

Pul nağdlaşdırmaq istifadəçinin identifikasiyasından başlayır. Belə ki, istifadəçi öz kartını bankomata daxil etməli, ya da smartfonu ATM-ə yaxınlaşdıraraq təmassız autentifikasiyadan keçməlidir.

Bunun ardınca, istifadəçi hansı hesabdan pul çıxaracağını seçməlidir. Standart bank hesabları hissəsində istifadəçinin CoinHub kriptovalyuta platformasındakı hesabı da qeyd ediləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər