16 C
Baku
Friday, April 26, 2024

Adı çəkilməyən şəxs milyarder Warren Buffett ilə nahar etmək üçün $4,5 mlrd. ödədi

Hərraca Warren Buffett ilə nahar etmək imkanı çıxarılıb, bu il qiymət rekord səviyyəyə çatmışdır. Bu, əla bir sərmayə ola bilər: keçmiş hərracda qalib olan şəxslərdən biri Buffett ilə işləmək imkanını əldə edib.

Banker.az xəbər verir ki, eBay saytında keçirilən hərrac şənbə günü başa çatıb. Naməlum şəxs milyarder ilə nahar etmək üçün $4 567 888 ödəyib.

Bu yeni rekorddur. Əvvəllər “Omaxalı orakul” ilə nahar etmək üçün maksimum 3,46 mln. ödəyirdilər (2012 və 2016-cı ildə).

Hərrac ötən həftənin bazar günü $25 000-dan başlayıb. Hərraclarda beş anonim şəxs iştirak edib.

Qeyd edək ki, Warren Buffett artıq 20 ildir ki hərraclar keçirir. Bu günə qədər milyarderin topladığı pulun dəyəri $33 mln. Vəsait “Glide” xeyriyyə təşkilatına və San-Fransisko şəhərinin kimsəsiz sakinlərinə xərclənir.

Ənənəvi olaraq, hərracın qalibi və milyarder Nyu-York şəhərinin Smith & Wollensky restoranında nahar edəcəklər. Qalib şəxs görüşə dostlarını da çağıra bilər –maksimum 7 nəfər. Belə hərraclarda qalib olan şəxslər adətən anonim qalmağı üstün tuturlar, lakin həmişə yox. Məsələn, “Peninsula” fondun təsisçisi Ted Weschler 2010 və 2011-ci ildə keçirilən hərracların qalibi olmuşdur. Nahar zamanı milyarder ona “Berkshire Hathaway” də işləməyi təklif edib.

Forbes jurnalının qiymətləndirmələrinə görə, zənginliyə görə Warren Buffett dünya üzrə üçüncü yer tutur, onun mülkiyyəti $82,5 mlrd. dəyərində qiymətləndirilir.

 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər