6 C
Baku
Sunday, December 15, 2024

“Adidas” simsiz qulaqlıqlar təqdim edib – Qiyməti $89

“Adidas” İsveçin “Zound” şirkətinin əməkdaşlığı ilə “Marshall” markası altında simsiz qulaqlıqlar təqdim edib: ZNE 01 ANC, ZNE 01 və FWD-02 Sport.

Banker.az xəbər verir ki, ZNE 01 ANC müqayisədə daha qabaqcıl model sayılır. Qulaqlıqlar fasiləsiz 4.5 saat işləyir, enerji doldurma keysi bu müddəti 15.5 saatadək uzadır. Hər qulaqlıq “Adidas” şirkətinin loqosunda olan üç zolaqla bəzədilib.

adidas1

Baza ZNE 01 modeli səs-küyün aradan qaldırılması funksiyası ilə təchiz edilib. Yeniliyin dizaynı birinci və ikinci nəsil “AirPods” qulaqlıqlarını xatırladır.

adidas2

FWD-02 Sport modeli sudan qorunub və IPX5 standartına uyğun gəlir. Qulaqlıqlar bir şarjla 6 saat işləyir, enerji doldurma keysi bu müddəti daha 19 saatadək uzadır. Qeyd edək ki, qulaqların qiyməti modeldən asılı olaraq dəyişir: ZNE 01 – 89 ABŞ dolları, FWD-02 Sport – 169 ABŞ dolları, ZNE 01 ANC – 189 ABŞ dolları.

Son xəbərlər
Digər xəbərlər