Almaniyanın idman məhsulları istehsal edən nəhəng şirkəti Adidas AG CEO vəzifəsinə yeni namizədlərin axtardığını elan etdi.
2001-ci ildən etibarən şirkətə rəhbərlik edən keçmiş CEO Herbert Hainer şirkətlə olan müqaviləsini 2017-ci ilə qədər uzatmışdı. Lakin gəlirin enməsi, ABŞ və Rusiyada satışların pisləşməsi, nəhəng səhmdarların təzyiqi fonunda o vaxtından əvvəl vəzifəsini tərk etməyə hazır olduğunu bildirdi.
Şirkətdən verilən məlumatlara görə Adidas potensial namizəd axtarışını öz əməkdaşları arasında olduğu kimi, xarici namizədlər arasındada aparır.