Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyalarını geri çağırdığı dörd bankın ləğvedicisi təyin edilib.
Bu barədə Trendə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, məhkəmənin qərarı ilə bu gündən ADIF “Zaminbank”, “Dekabank”, “Kredobank” və “Parabank”ın ləğvedicisi təyin edilib: “İlk növbədə bu banklarda aktivlərin qiymətləndirilməsi aparılacaq”.