19 C
Baku
Friday, October 4, 2024

ADIF-in sığorta ehtiyatları 21% artıb

2014-cü il iyulun 1-nə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) sığorta ehtiyatları 84,3 mln. manat təşkil edir. Bu barədə fondun məlumatında qeyd edilir. 2014-cü il yanvarın 1-nə ADIF-in sığorta ehtiyatları 69,55 mln. manat təşkil edib. Beləliklə, yanvar-iyun aylarında fondun ehtiyatları 21,2% artıb.

Fondun vəsaitlərindən 69,3 mln. manat dövlət qiymətli kağızlarında yerləşdirilib və illik orta gəlirlilik 4,34% təşkil edib. Fondun vəsaitlərindən daha 5 mln. avro Amaniyanın “Deutsche Asset Management International” şirkəti tərəfindən idarə olunur.

Fondun məlumatına görə, cari ilin II rübündə əhalinin bank əmanətləri 6 mlrd. 335 mln. manat və ya banklarda əmanət və depozitlərin ümumi həcminin 66%-ni təşkil edir.

2014-cü il iyul ayının əvvəlinə 3,47 mlrd. manat və ya əhalinin bank əmanətlərinin 54,8%-i qorunan, 2,87 mlrd. manat və ya 45,2% qorunmayan əmanətlərdir.

Qorunan əmanətlərin ümumi həcmindən 62%-i manatın, 34%-i ABŞ dollarının, 4%-i avronun payına düşür.

Fondun iştirakçısı olan bankların sayı 42-dir.

Fondun üzvü olan banklar 6 mln. 73,126 min əmanətçiyə xidmət göstərir. Bu əmanətçilərdən 5 mln. 504,255 mini və ya 91%-i qorunan əmanətlərə malikdir.

ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.

Interfax.az

 

Son xəbərlər
Digər xəbərlər