25 C
Baku
Saturday, July 27, 2024

“Adobe”nin səhmləri “Figma”nın alışı fonunda 17% ucuzlaşıb

15 sentyabr 2022-ci ildə “Adobe” dizaynerlər üçün nəzərdə tutulmuş “Figma” xidmətini satın aldığını elan edib. Bu xəbərin fonunda şirkətin səhmləri 17% ucuzlaşıb – bu, 2010-cu ildən ən böyük enişdir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Nasdaq”da hərracların bağlanışında “Adobe” səhmləri 16.79% ucuzlaşaraq biri 309.13 dollar olub. “WSJ” qeyd edir ki, səhmlər investorların sövdələşmənin perspektivləri və “Adobe”nin yüksək rəqabətlə bağlı narahatlığı fonunda ucuzlaşır.

“Adobe” və “Figma” tənzimləyici təsdiqləri aldıqdan sonra müqaviləni 2023-cü ildə bağlamağı planlaşdırır. Həmtəsisçi Dylan Field şirkətin baş direktoru olaraq qalacaq və “Adobe”nin rəqəmsal media bölməsinin prezidenti David Vadxvaniyə hesabat verəcək.

Son xəbərlər
Digər xəbərlər