17 C
Baku
Sunday, May 26, 2024

“Adore Kompani”nin rəhbəri dəyişib

Azərbaycanda parfumeriya və kosmetika mağazalar şəbəkəsinə sahib “Adore Kompani” MMC-nin (əvvəlki Ideal Kompani) baş direktoru dəyişib.

Banker.az xəbər verir ki, şirkətə bundan sonra Kamal Abdullayev Ramiz oğlu rəhbərlik edəcək. Buna qədər şirkətə Nərmin İsmayılova Vəkil qızı rəhbərlik edirdi.

N.İsmayılova paralel olaraq 2020-ci ilsən “Gazelli Group” MMC-yə də rəhbərlik edirdi.

Xatırladaq ki, “Adore Kompani” MMC əvvəllər “İdeal Kompani” adlandırılırdı. Şirkət rəqib olan “Sabina” Parfumeriya və Kosmetika mağazalar şəbəkəsini aldıqdan sonra rebrendinq etmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər