ADY-nin Tbilisidən Bakıya qatarları üçün qayıdış biletlərinin olmadığı bildirilir

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən qatarlarına qayıdış biletləri tamamilə bitib.

Banker.az-ın əldə etdiyi məlumata görə, hazırda Gürcüstan paytaxtından Bakıya gələn sərnişin qatarlarına yaxın günlər üçün bilet tapmaq qeyri-mümkündür.

Jurnalist Rasim İsmayılov Bakı-Tiblisi qatarına bilet ala bilməməsindən şikayətçidir. O, ödəniş etsə də, bilet əldə edə bilmədiyini söyləyib:

“Bakı-Tbilisi qatarının da əmması çıxdı. Hər gecəyarısı 00:30-da növbəti 30-cu günün biletləri satışa çıxarılır və 15-20 dəqiqə ərzində onlayn şəkildə satılır. Amma bu bilet satışı qatarın keyfiyyəti ilə antoqonistdir. 00:34-də sistem açılır və 5-6 dəqiqə ərzində 2 nəfərin bileti üçün şəxsi məlumatları doldurub pulu köçürürsən. “Pul daxil olub”, “proses uğurlu oldu!” yazılır. Sonra pul geri qaytarılır. İndi bəziləri izah edəcəklər ki, o biletlər sizin cəhdinizdən bir saniyə əvvəl kimsə alıb. Elə olan halda proqram pulu niyə götürür? Ardıcıllıq yoxdurmu? Çoxlu suallar çıxır”.

tb

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər