12 C
Baku
Thursday, March 28, 2024

AEBA rəhbəri İran XİN rəhbəri ilə görüşüb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi İrana səfəri çərçivəsində bu ölkənin XİN rəhbəri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Qrossi İran Atom Enerjisi Təşkilatının rəhbəri Mohammad Eslami ilə görüşdən sonra Abdullahian ilə fikir mübadiləsi aparıb.

Danışıqlar zamanı hansı mövzular ətrafında fikir mübadiləsinin aparılması barədə təfərrüatlar açıqlanmayıb.

Həmçinin qeyd olunub ki, Qrossi Eslami ilə artıq iki görüş keçirib və görüşlərin nəticələrinə dair onu deyib ki, ciddi dialoqlar aparılır və danışıqların ab-havası müsbətdir: “İran tərəfinin əməkdaşlıq əhval-ruhiyyəsi xüsusilə hiss olunur”.

Xatırladaq ki, Qrossinin İrana səfəri çərçivəsində ölkə Prezidenti İbrahim Rəisi ilə görüşü planlaşdırılıb, lakin mümkün görüş barədə hələlik rəsmi məlumat verilməyib.

Son xəbərlər
Digər xəbərlər