23 C
Baku
Friday, April 26, 2024

AEBA Ukraynanın atom elektrik stansiyalarına təhlükəsizlik missiyaları göndərəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Parisdə Ukraynanın Baş naziri Denis Şmıqal ilə görüşüb.

Görüş zamanı Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) təhlükəsizlik zonasının və agentliyin yeni missiyalarının təşkili müzakirə edilib.

“Ukraynadakı bütün atom elektrik stansiyalarına AEBA-nın təhlükəsizlik missiyalarının göndərilməsi barədə razılığa gəldik. ZAES-də təhlükəsizlik zonasının yaradılması üzrə işlər davam etdirilir”, – Qrossi tviterdə yazıb.

Qeyd edək ki, ZAES hazırda Avropada fəaliyyət göstərən ən böyük atom elektrik stansiyasıdır. Rusiya fevralın 28-də stansiyanı nəzarətə götürüb. Sentyabrın əvvəlində Qrossinin rəhbərlik etdiyi AEBA missiyası AES-də olub. Agentliyin bununla bağlı hazırladığı hesabatda hərbi əməliyyatlar nəticəsində baş verə biləcək qəzaların qarşısını almaq üçün ZAES ətrafında təhlükəsizlik zonasının yaradılması çağırışı əksini tapıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər