Rusiyanın “Aeroflot” avia şirkəti Əfqanıstan üzərindən uçuşları müvəqqəti dayandırıb.
Bunu şirkətin nümayəndəsi Mixail Dyomin bildirib.
O, “Aeroflot” təyyarələrinin müvəqqəti olaraq Əfqanıstan hava məkanının üzərindən uçuşları dayandırdığını söyləyib: “Həqiqətən də vəziyyət normallaşanadək şirkətin təyyarələri Əfqanıstan hava məkanından kənar uçacaq. Məhdudlaşma faktiki olaraq iki reysə tətbiq olunub. Bunlar Dehli və Bonqkok reysləridir”.
Rusiyanın digər aviaşirkəti “AirBridgeCargo” da Əfqanıstanın hava məkanı üzərindən uçuşları dayandırıb.