Rusiyanın “Aeroflot” aviaşirkəti mayın 27-dən Türkiyənin İstanbul və Antalya şəhərlərinə uçuşların sayını artıracaq.
Bu barədə şirkətdən bildiriblər.
“Aeroflot” mayın 27-dən etibarən İstanbul və Antalyaya uçuşların sayını gündə üç reysə çatdıracaq. Uçuşlar “Airbus A330″ geniş gövdəli təyyarələrində həyata keçiriləcək”, – deyə qeyd olunub.