6 C
Baku
Monday, December 16, 2024

AFB Bank “Əmanət girovu ilə kredit” məhsulunun şərtlərində dəyişiklik etdi!

®“AFB Bank”–dan aldığımız rəsmi məlumata görə, bankda əmanət hesabı olan müştəri, vəsaitini girov qoyaraq, əmanətin 90%-i miqdarında, 8 % – dən başlayan faiz dərəcəsi ilə  kredit əldə edə bilər.  Belə ki, bankda olan  depozit hesabına verilən kreditə heç bir zamin tələb olunmur. Sənədləşmə tək şəxsiyyət vəsiqəsi ilə aparılır. Komissiya haqqı yoxdur.

Edilmiş dəyişikliyə əsasən, fiziki və hüquqi şəxslər yalnız əmanət deyil, cari hesablarındakı məbləğə görə də kredit əldə edə bilərlər. Cari hesaba görə kredit 5 %-dən başlayaraq müştərilərə təklif olunur.

Həmçinin, müştərilərin istəyindən asılı olaraq kredit ödəniş kartı ilə də verilə bilər.

Əmanət girovu ilə krediti “AFB Bank”-ın rəsmi saytından online sifariş edə və ya filiallara yaxınlaşaraq əldə edə bilərsiniz. Həmçinin, 1545  çağrı mərkəzinə zəng edərək ətraflı məlumat ala bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər