“AFB Bank” ASC 2026-cı ilin 2-ci rübünü 237 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 2 milyon 718 min manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bu ilin yanvar-iyun ayında “AFB Bank”ın faiz gəlirləri 24 milyon 198 min manat (2.2 dəfə çox), qeyri-faiz gəlirləri 5 milyon 287 min manat, faiz xərcləri 12 milyon 41 min manat, qeyri-faiz xərcləri isə 16 milyon 595 min manat olub.
Hesabat ayında “AFB Bank”ın aktivləri 536 milyon 916 manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 27% çoxdur. Bunun 394 milyon 369 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 35% böyüyüb.







