Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “Azsığorta”ya sədr təyinatı olub.
Banker.az Fed.az saytına istinadən xəbər verir ki, bu vəzifəyə Natiq Namazov təyin edilib.
Xatırladaq ki, “Azsığorta” ASC-nin idarə heyəti sədri vəzifəsi sentyabrın sonundan boşdur. O vaxtadək bu vəzifəni tutan Anar Talıbov işdən azad edilərək Direktorlar Şurasının üzvü təyin edilmiş, noyabr ayında isə şirkəti tərk etmişdi İndiyədək “Azsığorta”da idarə heyəti sədri vəzifəsini müxtəlif müavinlər – əvvəl Yusif Soltanov, sonra isə Zöhrab Şirinov icra edirdi.
Bu vəzifəyə təyin edilən Natiq Namazov isə indiyədək “Azsığorta”nın “qohum” bankı olan “AFB Bank”ın idarə heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Natiq Namazov AFB Bank-ın İdarə Heyəti sədrinin müavinidir.