4 C
Baku
Friday, March 29, 2024

AFB Bank-ın əməliyyat mənfəəti kəskin azalıb

“AFB Bank” ASC-nin cəmi faiz gəlirləri 2019-cu ilin ilk 6 ayında 14,36 mln. manat təşkil etməklə ötən ilki göstəricidən 24% daha az olub.

Banker.az xəbər verir ki, bu barədə “AFB Bank”ın 2019-cu ilin ilk 6 ayı üzrə maliyyə hesabatına istinad edir.

Bank ilin ilk yarısını 1,19 mln manat faiz xərci və 4,65 mln. manat faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlara ayırması bankın xalis faiz gəlirinin 8,52 mln. manata düşməsinə səbəb olub. Halbuki ötən bu rəqəm 17,34 mln. manat təşkil edirdi.

Bununla belə, bankın qeyri-faiz gəliri 4,73 mln. manat, qeyri-faiz xərci isə 9,51 mln. manat təşkil edib ki, nəticədə bankın əməliyyat mənfəəti hesabat dövrünün sonuna 3,74 mln. manat təşkil edib. Bu ötən ilin eyni dövründə 12,89 mln. manat təşkil edirdi.

“AFB Bank” bu il daha 2,07 mln. manat aktivlər üzrə mümkün zәrәrlәrin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar edib – bununla da bankın ilin ilk yarısını (II rübü) cəmi 1,68 mln. manat xalis mənfəət etməsi ilə tamamlamalı olub.

Hazırda bankın cari balansında 4,23 mln. manat bölüşdürülməmiş mənfəət var.

 

Son xəbərlər
Digər xəbərlər