®AFB Bank müştərilərinin gündəlik maliyyə əməliyyatlarını daha rahat və əlçatan etmək məqsədilə mobil tətbiqində yeni funksionallıq təqdim edir. Artıq istifadəçilər Mono Digital kartını – bankın premium Platinum kart məhsulunu – tam ödənişsiz şəkildə, bir neçə dəqiqə ərzində onlayn sifariş edə bilərlər.
Yeni imkan sayəsində kart əldə etmək üçün filiala getməyə ehtiyac yoxdur. Hətta AFB Bank-ın mövcud müştərisi olmayan şəxslər belə mobil tətbiqi yükləyərək, sadə və sürətli identifikasiya prosesindən keçib kartlarını dərhal aktivləşdirə bilərlər.
Mono Digital kart – rahatlıq, sürət və üstün imkanlar bir arada:
- Kart qalığına illik 8%-dək gəlir
- 10%-dək CashBack imkanı
- Aylıq 5000 AZN-dək C2C köçürmələr komissiyasız
- Ölkə daxilində ATM-lərdən 5000 AZN-dək nəğdləşdirmə komissiyasız
- Apple Pay və Google Pay dəstəyi ilə sürətli və təhlükəsiz ödənişlər
AFB Bank rəqəmsal bankçılıq sahəsində innovativ həllər təqdim etməyə davam edir. Mono Digital kart yeni nəsil istifadəçilər üçün nəzərdə tutulmuş, tam rəqəmsal və maksimum rahatlıq təmin edən maliyyə alətidir.
Mobil tətbiqi yükləyin, qeydiyyatdan keçin və Mono Digital kartınızı indi əldə edin – bank xidmətləri artıq cibinizdədir.
Tədbiqi yükləmək üçün bu linkə keçid edin: https://onelink.to/4aq38c







