Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC Dövlət və neft sektoruna aid müəssisəsələr/təqaüdü olan müştərilər üçün nağd pul kredit məhsuluna endirim edir.
Hal-hazırda ölkəmizdə və dünyada COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar olaraq müştərilər üçün kreditlər əlçatan deyil. Bunu nəzərə alaraq, hər zaman müştərilərinin maliyyə ehtiyaclarını qarşılayan AFB Bank Nağd pul kredit məhsuluna 2% endirim təklif edir. Belə ki, endirimdən yararlanaraq 36 ay müdətinədək və 10 000 AZN məbləğinədək kredit əldə edə bilərsiniz.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.