27 C
Baku
Saturday, July 27, 2024

“AFB Bank” son rübdə digər banklara depozit yatırımını 12 dəfə artırıb

“AFB Bank” ASC-nin 1 aprel 2020-cu il tarixinə 577,46 mln. manat təşkil edib, bu rüblük 0,5% artımın olması deməkdir.

Banker.az bu barədə kommersiya bankının 1-ci rüb üzrə (R1) maliyyə hesabatına istinadən xəbər verir.

Bankın aktivləri 64,71 mln. manat (rüblük: -14%) nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait 26,96 mln. manatı (-79%) ticarət və investisiya qiymətli kağızları, 40,80 mln. manatı (12 dəfə artım) banklar və digər maliyyə institutlarındakı depozitlər, 439,11 mln. manatı (+20%) müştərilərə verilmiş kreditlər və 30,92 (-1%) əmlak və avadanlıqları təşkil edib.

“AFB Bank” kredit portfelinin 39,75 mln. manatı istehlak, 359,06 mln. manatı biznes və 40,30 mln. manatı daşınmaz əmlak üzrə verilən kreditlər təşkil edib.

Bankın R1 ərzində depozitlərində artım müşahidə edilsə də digər tərəfdən banklar və digər qurumlar qarşısında öhdəliyi azalıb, nəticədə cəmi öhdəliklərinin rəqəmləri dəyişməz qalaraq 494,27 mln. manat təşkil edib.

Burada, 381,37 mln. manat depozitlər, 105,69 mln. manatı banklar və digər maliyyə qurumları qarşısında öhdəliyi təşkil edib.

Bankın cəmi kapitalı 83,19 mln. manat təşkil edib, burada  70,39 mln. manatı səhm kapitalı və 11,35 mln. manatı bölüşdürülməmiş mənfəət, 1,45 mln. manatı ümumi ehtiyat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər