2026-cı il iyulun 1-nə “AFB Bank”ın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 26,9% artaraq 536,9 milyon manata çatıb. Banker.az hesabata istinadən xəbər verir ki, aktivlərin əsas hissəsini təşkil edən müştərilərə verilmiş xalis kreditlər 36,1% artaraq 380,6 milyon manat olub və bankın cəmi aktivlərinin təxminən 70,9%-ni təşkil edib. Kredit portfelinin artımı əsasən biznes kreditlərinin 49,1%, istehlak kreditlərinin 36,1% yüksəlməsi hesabına baş verib.
Bankın cəmi öhdəlikləri ilin əvvəli ilə müqayisədə 33,6% artaraq 461,4 milyon manata yüksəlib. Depozit portfeli 51,2% artaraq 342,3 milyon manata çatıb, o cümlədən fiziki şəxslərin depozitləri 91,8%, hüquqi şəxslərin depozitləri isə 9,9% artıb. Cəmi kapital isə 2,9% azalaraq 75,5 milyon manat təşkil edib. Bölüşdürülməmiş mənfəət 66,8% azalaraq 1,5 milyon manata enib. Hesabatda dividend ödənişi barədə məlumat əks olunmayıb. Bankın pul vəsaitləri və onların ekvivalentləri isə ilin əvvəli ilə müqayisədə 16,9% artaraq 42,1 milyon manata yüksəlib.
“AFB Bank” ASC 2026-cı ilin ilk yarısını 237 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 91,3% azdır. Bankın mənfəətinin kəskin azalması faiz gəlirlərinin 121,6% artaraq 24,2 milyon manata yüksəlməsinə baxmayaraq, faiz xərclərinin 3,7 dəfə artaraq 12,0 milyon manata, qeyri-faiz xərclərinin isə 49,3% artaraq 16,6 milyon manata çatması ilə bağlıdır. Hesabat dövründə bankın mümkün zərərlər üzrə ehtiyat ayırmaları 611 min manat təşkil edib, halbuki ötən ilin eyni dövründə 1,695 milyon manat həcmində ehtiyatların bərpası mənfəətə müsbət təsir göstərmişdi.
Bankın cəmi gəlirləri illik müqayisədə 39,5% artaraq 17,4 milyon manata yüksəlib. Cəmi xərclərini isə 93,3% artaraq 28,6 milyon manata çatıb.







