“AFB Bank” ASC 2021-ci ilin ilk üç rübü ərzində 8.68 milyon manatlıq xalis mənfəət əldə edib.
Bank cari ilin ilk üç rübü ərzində 12.68 milyon manat faiz gəliri əldə etmiş, bunun da 9.2 milyon manatı müştərilərə verdiyi kreditlər üzrə daxil olmuş faiz gəlirləridir.
Bankın faiz xərcləri 1.21 milyon manat, qeyri-faiz gəlirləri 5.96 milyon manat və qeyri-faiz xərcləri isə 10.96 milyon manat olmuşdur. Bu da 12.55 milyon manat əməliyyat mənfəəti etməsi deməkdir. Bununla belə bank 2.21 milyon manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan geridönmələr olub və nəticədə 8.68 milyon manatlıq xalis mənfəət əldə edib. Öncəki ilin ilk 9 ayında 1.77 milyon manatlıq xalis mənfəət etmişdi.
Cari ilin ilk 9 ayında əldə etdiyi xalis mənfəətdən sonra bankın balansındakı bölüşdürülməmiş mənfəət 14.15 milyon manata qədər yüksəlmişdir.
Beləliklə bankın cəmi aktivlərinin həcmi 85.85 milyon manat olmuş, burada 70.39 milyon manatı nizamnamə (səhm) kapitalıdır.
1 oktyabr 2021-ci il tarixinə bankın aktivlərinin 155.76 milyon manatı müştərilərə verilmiş kreditlər olmuşdur. Cəmi aktivlər isə 273.03 milyon manat, cəmi öhdəliklər isə 187.21 milyon manat olmuşdur. Bankın hesabat dövrünə 113.7 milyon manat depozit portfeli təşkil etmişdir.