1 C
Baku
Saturday, December 14, 2024

Bu bankın rəhbərlərinə bonuslar ayrılmayıb

Ötən il ölkənin iri  holdinqi “Gilan” MMC-nin tərəfindən satılan “AFB Bank”ın Müşahidə Şurası, İdarə Heyətinə verilən bonusları ayrılmayıb və müavinətlər azaldıb. Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Ötən il Hikmət İsmayılov adlı şəxsə satılan “AFB Bank”da xeyli personal dəyişikliyi baş tutub. Bura İdarə Heyəti və yeni departament rəhbərlərini aid etmək olar.

“AFB Bank”ın ümumi işçi personalına çəkdiyi xərc 2018-ci ildə 12,08 mln. manat olmuşdursa, bu 2019-cu ildə 9,09 mln. manat olub. İzah da edilir ki, bu azalmanın səbəbi məhz rəhbərliyə ayrılan bonuslarla əlaqəlidir.

2018-ci ildə kommersiya bankı Müşahidə Şurasına və İdarə Heyətinə 1.43 mln. manat maliyyə nəticələrinə görə bonuslar verildiyi halda, 2019-cu ildə bu ayırmalar ləğv edilib.

Bu bonuslar “Gilan”nın dövründə (2019-cu ilin ilk rübünə qədər) maliyyə nəticələrinə görə tətbiq edilirdi. 2018-ci il isə bank üçün xeyli uğurlu keçib, bank 29,69 mln. manatlıq xalis mənfəət əldə edib. Həmin dövür üçün isə bu çox az banklarda əldə edilən xalis mənfəət saymaq olar. Hesabat ilində isə bankın xalis mənfəəti 6,57 mln. manat olub.

Azalma eləcə də müavinətlərdə müşahidə edilib. Məsələn, 2019-cu il ərzində bank sahibləri adıçəkilən rəhbərliyə 768 min manat müavinət ayırmışdırsa, il öncə 940 min manat olub.

Bank hətta ölkədə aktivlərinin böyüklüyünə görə  böyüyərək TOP10-luğa daxil olub. Təkcə ötən ilin sonuna bankın aktivləri 574,71 mln. manat ətrafında olub. Bu aktivlərin isə 322,28 mln. manatı sırf biznesi kreditləşdirən portfeldir.

Hikmət İsmayılov hazırda bankın 99,64%-lik  (“Gilan”dan aldığı kimi) səhmlərinə sahibdir. Bu isə bankın ümumi 73,39 mln. manatlıq səhm kapitalının 70,14 mln. manatına sahib olması deməkdir.  İsmayılov eləcə də ölkədə fəaliyyət göstərən “Azsığorta” şirkətinin 100%-lik, Bank of Bakun-un isə 31,11%-li səhmdarıdır.

“AFB Bank”ın digər səhmləri 0,18% olmaqla əvvəlki sahibi sayılan “Gilan”nın direktoru Cəmil Muradovundur.

Son xəbərlər
Digər xəbərlər