6 C
Baku
Monday, December 16, 2024

Afrikada kiçik bizneslər “bitcoin”nin tətbiqi sahəsini tapıblar: sahibkarlar onunla təchizatçılara ödəniş edirlər

Afrikada kiçik bizneslər “bitcoin”nin tətbiqi sahəsini tapıblar və bununla da qitədə “sakit bitkoin bumu”nu təhrik etmiş olublar. Qeyd edildiyi kimi, sahibkarlar digər ölkələrdəki təchizatçılarla hesablaşmaq üçün kriptovalyutadan istifadə edirlər. 

Jurnalistlər 20 bitkoin istifadəçisi və beş kriptobroker ilə görüşüblər. Abolaji Odunjo Laqosda telefonlar və aksessuarlar satır, mallarını isə Çin və BƏƏ-dəki təchizatçılardan alır. 

Sahibkar Çindəki tərəfdaşlarla hesablaşmaq üçün bitkoindən istifadə edir: o, ayda iki-üç dəfə 0,5-0,7 bitkoin ödəyir ki, bu da təxminən 5 900-8 300 dollar deməkdir. 

Odunjo-nun sözlərinə görə, hesablaşmaları kriptovalyutalar vasitəsilə həyata keçirmək daha sərfəlidir: əvvəllər o, dollar almaq məcburiyyətinə idi və buna görə müqavilələr sahibkara get-gedə daha baha başa gəlirdi. Qeyd edək ki, Nigeriya iqtisadiyyatı neftdən asılıdır, bu səbəbdən dünya neft qiymətlərindəki eniş ölkənin milli valyutası nayranın düşməsinə səbəb olur. 

“Chainalysis” analitika şirkətinin verdiyi məlumata görə, 2019-cu ilin iyul ayından bu yana Afrikada kiçik bizneslər arasında kriptovalyutanın tətbiqi 55% artaraq, 2020-ci ilin iyununda 316 milyon dollara çatıb. Mütəxəssislərin qeyd etdiyi kimi, ümumilikdə ayda 600 mindən çox əməliyyat həyata keçirilir. 

Nigeriyada iyun ayında kriptovalyuta köçürmələrin həcmi 55 milyon dollara, bu cür əməliyyatların isə 55%-dən çox artaraq 120 minə çatıb. 

download 3

Bununla yanaşı, qeyd etmək istərdik ki, kriptovalyutalardan təkcə sahibkarlar deyil, həm də miqrantlar da istifadə edirlər. Onlar üçün qohumlarına pul köçürmələrini bitkoin ilə həyata keçirmək daha sərfəlidir. Məsələn, Londondan Laqosa köçürmə xidməti vasitəsilə 100 funt sterlinq göndərsəniz, sizdən 5% komissiya haqqı tutulacaq. Yox, əgər eyni köçürməni bitkoin ilə etsəniz, komissiya haqqı cəmi 2-2,5% təşkil edəcək. 

Bitkoinin populyarlığının artmasına baxmayaraq, kriptovalyutalar hələdə riskli investisiya sahələrindən biri sayılır. Belə ki, onların qiymətləri qeyri-sabitdir və kriptovalyuta ilə ödəniş etmək mümkün olmadığından, köçürüldükdən sonra dərhal valyutaya dəyişdirilməlidir. 

Afrika ölkələri də daxil olmaqla, bir çox ölkədə kriptovalyutaların heç bir hüquqi statusu yoxdur, məhz buna görə siz onları yalnız brokerlərin vasitəçiliyi ilə rəsmi birjalardan əldə edə bilərsiniz. Bu halda bir insan fırıldaqçılıqla üzləşdikdə, dövlətdən heç bir dəstək ala bilməyəcək. 

 

Son xəbərlər
Digər xəbərlər