14 C
Baku
Monday, May 6, 2024

Ağ Ev: İran Rusiyaya “Şahed” istehsalı zavodunun tikintisinə kömək edir

İran Rusiyaya “Şahed” pilotsuz uçan aparatların istehsalı üçün zavodun tikintisinə görə lazımi materialları verir.

Bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Son həftələrdə Rusiya Kiyevə zərbələr endirmək üçün İranın PUA-larından istifadə edib. Rusiya ilə İran arasında hərbi tərəfdaşlıq dərinləşir. Biz, həmçinin narahatıq ki, Rusiya İranla birlikdə PUA istehsal edir”, – Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ İrandan Rusiyaya PUA istehsalı zavodunun tikintisi üçün avadanlıqların tədarükü barədə məlumatlara malikdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər