0 C
Baku
Monday, February 26, 2024

Ağ Ev: “Respublikaçılar ABŞ-ı defolta aparır”

“Respublikaçılar Partiyasının nümayəndələrinin dövlət borcu məsələlərində irəli sürdüyü tələblər Konqreslə ABŞ prezident administrasiyası arasında razılığın əldə olunmasına maneəyə çevrilib və defolt təhlükəsi yaradır”.

Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

Öz növbəsində Ağ Evin Kommunikasiyalar direktoru Ben LaBolt deyib ki, respublikaçılar iqtisadiyyatı girov götürür:

“Nəticədə Respublikaçılar bizi milyonlarla iş yerinin itirilməsi və ölkəni tənəzzülə sürükləyə biləcək defoltun astanasına gətirəcəklər. Onların büdcə təklifi 100 000 müəllim və köməkçinin, 2 000 hüquq-mühafizə işçisinin vəzifəsini itirməsi ilə nəticələnəcək və milyonlarla amerikalının sağlamlığına təhlükə yaradacaq”.

Son xəbərlər
Digər xəbərlər