10 C
Baku
Friday, December 13, 2024

“AGBank” AMB-dən aldığı 24 mln. manatlıq sonuncu kreditin vaxtının uzadılmasını istəyir

“AGBank” ASC bu il ərzində Azərbaycan Mərkəzi Bankından 40 mln. manat məbləğində uzunmüddətli kredit alıb.
“APA-Economics” xəbər verir ki, bu barədə məlumat “AGBank”ın 2016-cı il üçün yarımillik hesabatında qeyd olunub.
Sənəddə bildirilib ki, bankın üzləşdiyi likvidlik problemlərini həll etmək məqsədilə AMB bu ilin mayın 13-də banka 24 mln məbləğində uzunmüddətli kredit verib.

Hesabatda qeyd olunub ki, bu kreditin tam ödəniş günü bu ilin noyabrın 14-də başa çatıb. “Rəhbərlik AMB-nin tam ödəniş günü qeyd olunan borcun müddətini 2018-ci ilin sonuna qədər uzadacağını hesab edir”, – deyə hesabatda vurğulanıb.
Qeyd edək ki, AMB bu ilin martın 29-da banka 6 mln., aprelin 11-də isə 10 mln. manat məbləğində kredit verib və borcları 2018-ci ilin sonuna qədər uzadıb.
“Səhmdarlar, AMB, FİMSA likvidlik problemləri dövründə banka davamlı dəstək göstərirlər. Hazırkı maliyyə hesabatlarının təsdiq edildiyi tarixə bankın birinci dərəcəli kapital adekvatlığı əmsalı və kapitalın adekvatlıq əmsalı müvafiq olaraq 12,98% (FİMSA tələbi: minimum 5%) və 14,47% (FİMSA tələbi: minimum 10%) olub. Bank hazırkı maliyyə hesabatlarının təsdiq edildiyi tarixə qədər öz öhdəlikləri, sair borc öhdəlikləri, subordinasiya borc öhdəlikləri, buraxılmış borc qiymətli kağızları və bank depozitləri və hesabları üzrə bütün mühüm ödənişlərini yerinə yetirib”, – deyə hesabatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər