27 C
Baku
Saturday, July 27, 2024

“AGBank” və “DəmirBank” birləşəcək

Elman Rüstəmov: “Hər iki bank arasında konsolidasiya ilə bağlı ilkin razılıq protokolu imzalanıb”

“AGBank” ASC və “DəmirBank” ASC konsolidasiya olunacaq.

Bu barədə “APA-Economics”ə eksklüziv açıqlamasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E. Rüstəmov qeyd edib ki, artıq hər iki bank arasında konsolidasiya ilə bağlı ilkin razılıq protokolu imzalanıb.

“Bu addım Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində atılan addımlardan biridir”, – deyə AMB sədri bildirib.

Yaxın perspektivdə hansısa bankın lisenziyasının ləğv olunması ilə bağlı suala cavab verən E. Rüstəmov bildirib ki, bu proses davam edəcək.

Son xəbərlər
Digər xəbərlər