AGBank Yay Təcrübə proqramı ilə yüksək potensiala malik, işləmək, öyrənərək inkişaf etmək arzusunda olan gəncləri seçim turundan keçdikdən sonra AGBank-da uğurlu karyera qurmaq imkanı gözləyir.
Proqramla Tanışlıq:
o AGBank Yay Təcrübə Proqramı 01 iyun tarixindən 31 avqust 2015-ci il tarixinədək 13 həftə ərzində davam edəcəkdir
o Təcrübə proqramı İT Layihələri və İT Xidmətləri departamentləri üçün nəzərdə tutulub
AGBank Yay Təcrübə Proqramının üstünlükləri:
o Bütün təcrübəçilərə aylıq əmək haqqı ödəniləcəkdir
o Hər bir təcrübəçi üçün təlimçi ayrılacaqdır
o Təcrübə sistematik inkişaf planı əsasında keçiriləcəkdir
o Təcrübəni uğurla keçmiş Təcrübəçilər daimi işlə təmin olunacaqdır
Namizədlər aşağıda göstərilən tələblərə cavab verməlidirlər:
· İT və əlaqədar fakültələrin yuxarı kurs bakalavr və magistr tələbələri və məzunları
· Aşağıda qeyd olunan əsas proqramlaşdırma dillərindən hər hansı birini bilməlidirlər (JAVA, C, C++, C#, Visual Basic).
· SQL üzrə baza bilikləri olmalıdır
· XML və XSL üzrə biliklər arzuolunandır
· UNIX və UNIX-a oxşar sistemlərlə iş təcrübəsi arzuolunandır
· Yüksək səviyyədə Rus dili bilikləri
· Texniki İngilis dili bilikləri(texniki sənədlərin oxunması)
· Analitik təfəkkür
· Alqoritmik düşüncə tərzi
· Özgə kodunu anlama bacarığı
· Effektiv, yaxşı strukturlaşdırılmış kodu yazma bacarığı,layihənin sənədləşdirilməsi
· İcraedicilik
· İnkişafa meyllilik
· Məsuliyyət
· Çalışqanlıq
· Bank sahəsində karyera qurmaq istəyi
Ərizələrin son təqdim olunma tarixi: 7 may 2015-ci il.
Müraciət formasını [email protected] <mailto:[email protected]> elektron ünvanına göndərin.