“AGBank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
Bu, Bankın nizamnamə kapitalının 1,2 mln. manat və yaxud 11,74% artırılaraq 102,2 mln. manatdan 103,4 mln. manata çatdırılmasından sonra baş verib.
Belə ki, “AGBank”ın kapital artımı üçün dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 2 manat olan 600 min ədəd yeni səhmi Bankın əsas sahibi və Müşahidə Şurasının (MŞ) sədri olan Çingiz Əsədullayev əldə edib. Son nəticədə onun “AGBank”dakı payı 33,57%-dən 34,34%-ə yüksəlib.
Əvəzində digər səhmdarların Bankdakı payı azalıb. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) payı 4,28%-dən 4,23%-ə, “Kazimir Partners” şirkətinin payı 2,45%-dən 2,42%-ə, Fərzulla Yusufovun (MŞ-nın üzvü) payı 5,79%-dən 5,72%-ə, Marçenko Qriqoriyin (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü) payı 8,3%-dən 8,2%-ə, 78 minoritar səhmdarın payı isə 45,61%-dən 45,08%-ə düşüb.
Xatırladaq ki, “AGBank” 1992-ci ildə “Azəriqazbank” adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib.
– Report