“Xtra Plast” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
İZİA-dan bildirilib ki, müəssisədə plastik tara istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.
İstehsal olunan məhsulların daxili bazara satılması nəzərdə tutulur.