“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxs “Azərmaş” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Minik avtomobillərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 999 980 manatdır.
Agentlikdən Banker.az-a verilən məlumata görə, qeyd olunan avtomobillər müharibə əlilləri üçün alınır.