26 C
Baku
Saturday, July 27, 2024

Agentlik sədri: “Vakansiya bankında 20 mindən artıq vakansiya mövcuddur”

“2020-ci ildə biz vakansiya bankı tətbiq etdik və vakansiya bankında 2020-ci il ərzində 190 mindən artıq vakansiya formalaşdı”.

Bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, hazırda vakansiya bankında 20 mindən artıq vakansiya hələ də mövcuddur və bu, dəyişən rəqəmdir: “Eyni zamanda biz fərdi məşğulluq proqramlarının elektron tərtibatına başladıq və bu prosesin davamı olaraq bir çox əlavə rəqəmsal layihələrə start verdik. Bunların içərisində əmək və məşğulluq alt sistemi də var”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər