6 C
Baku
Saturday, December 14, 2024

Agentlik şirkətə məxsus anbarda nöqsanlar aşkarlayıb – Fotolar

Gəncə şəhəri, Ş.İ.Xətai prospektində fəaliyyət göstərən, “N.A.N.T.” MMC-yə məxsus anbarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, anbarda 3, 5 və 6 kiloqramlıq qutularda müxtəlif çəkilərdə qablaşdırılmış etiket məlumatları qeyd edilməyən “Klyukvennaya”, “Snejok”, “Ptiçye moloko”, “İmbimaya”, “Belissimo” əmtəə nişanlı şəkərli qənnadı məmulatlarının satışının həyata keçirildiyi müəyyən edilib.

Agentlikdən verilən məlumata görə, aşkar edilmiş nöqsanlarla bağlı inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və icrası məcburi göstərişlər verilib.

1671533591ehhr6h6 jpeg

1671533602dgdgdgd jpeg

1671533612regergeg jpeg

Son xəbərlər
Digər xəbərlər