Günlərin bir günü bir insan cəmiyyətdə böyük hörmət sahibi olan müəlliminin yanına gəlir.
– Müəllim, mən çalışdığım müəssisədə daim yeniliklər fikirləşirəm və onları müdriyyətə təqdim edirəm.
– Ətralı danış, görüm.
Həmin insan onun çalışdığı şirkətdə mövcud olduğu vəziyyətdən danışmağa başlayır.
Onun müdriyyətə çatdırmaq istədiyi təkliflərdən. Müdriyyət heç vaxt ona sonuna qədər qulaq asmadan sözünü kəsir və təcili işləri olduğu bəhanəsini gətirərək otaqdan çıxır. Onun yazılı şəkildə təqdim etdiyi bütün təkliflər ona geri olaraq «İlin axırında yadıma sal» və yaxud «İndi bunun vaxtı deyil» qeydi ilə qayıdırdı.
Müəlim:
– Fikirləşdiyin bütün yenilikləri mənə yazılı şəkildə olaraq gətir.
Növbəti gün həmin şəxs öz təkliflərini müəlliminə yazılı şəkildə gətirir. Müəllim sonuncu səhifədə öz imzasını qoyur və həmin şəxs təklifi öz müdriyyətinə aparır.
Elə həmin gün axşam o, sevincək halda müəlliminin yanına gəlir və müdriyyətin bütün təklifləri qəbul etdiyini və bu cür müdrik fikirlərə görə mükafat olaraq küllü miqdarda pul verdiyini deyir.
– Sən nəyə sevinirsən?- deyə müəllim soruşur. – Ona ağıl yox, avtoritet lazımdı. Bu şirkət sənə layiq deyil.
Müəllim bütün pulları həmin şəxsə verir və ona öz müəssisəsini açmağı tövsiyyə edir.
Comments are closed.