20 C
Baku
Monday, May 20, 2024

Ağıllı pulqabılar

Bizim dünya getdikcə daha da inkişaf edir. Müasir texnologiyalar sürətlə həyatımıza təsir edir.

Biz fəal şəkildə kredit kartlarından istifadə edirik və hətta əmək haqqımızı da virtual pullarla əldə edirik. Bununla yanaşı pulqabılar da olduğu yerdə qalmayaraq müasir texnologiya ilə daha kreativ formalara düşmüşdür. Massaçusets Texnologiya institutunun alimləri yeni müasir texnologiya ilə zənginləşdirilmiş 3 növ Proverbial Wallets pul qabılarını hazırlayıb.

Hər üç növ innovasiyalı pul qabılar Bluetooth vasitəsilə mobil telefonla əlaqə yaratmaq bacarığına sahibdir. Bunun sayəsində də internetlə bankın saytına gedərək oradan lazımi maliyyə məlumatı alır və öz sahibini xərclər barədə xəbərdar edir. Bundan əlavə, pulqabı itərsə və yaxud oğurlanarsa pulqabı və telefonda siqnalizasiya sistemi işə düşür.

wallet 02

Bu ağıllı pulqabılar aşağıdakılardır:

• Bumblebee — bu növ pulqabı sizin bank hesabınızdan hər tranzaksiya zamanı vibrasiya edərək xəbərdarlıq edir və mümkün ola biləcək bütün fırıldaqçılıq hallarının qarşısını almağa kömək edir.

• Mother Bear —bu növ pulqabının sahibi öz aylıq büdcəsindən artıq pul xərcləyərsə bu pulqabılar açılmır.

• Peacock — Bu növ pulqabı hesabınızdakı pulun miqdarına uyğun şiş forma alır.

Hazırda Proverbial Wallets pulqabıları sadəcə prototipdir və onların nə vaxt, harada satılacağı məlum deyil.

Son xəbərlər
 ⁠
Digər xəbərlər