-3 C
Baku
Sunday, December 15, 2024

Ağkənd Azərbaycanın nəzarətinə keçdi – Video

İşğaldan sonra Qafana birləşdirilən Zəngilanın Ağkənd kəndi Azərbaycanın nəzarətinə keçib.

Bu barədə “Sputnik Armeniya”da yazılıb:

“Əvvəllər Azərbaycan SSR-in tərkibində olmuş Ağkənd (Spitakaşen) kəndi birbaşa sərhədin o tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətti çəkir”.

25804078

Ümumilikdə kənddə 3-4 ailə yaşayıb. Onlar isə sərhədlərin demarkasiyası və delimitasiyası prosesində Azərbaycanın nəzarəti altına keçən Ağkəndi tərk etməyə başlayıblar.

Qeyd edək ki, ermənilər Qafan şəhərinin 2 kilometrliyində yerləşən kəndi tərk edərkən evləri yandırırlar.

25803999(1)

Xatırladaq ki, Ağkənd Sovet dövründə Zəngilan bölgəsinin bir hissəsi olub.

Son xəbərlər
Digər xəbərlər