6 C
Baku
Monday, December 16, 2024

“Aİ-92” markalı benzinin idxalı ilə bağlı açıqlama

SOCAR şirkəti Bakı Neft Emalı Zavodunun təmirə bağlanması ilə əlaqədar Azərbaycana 80 min tonadək “Aİ-92” markalı benzin idxal etməyi planlaşdırır. Bu barədə mənbəyə* neft bazarındakı mənbə məlumat verib.

Xəbər verildiyi kimi, BNEZ yenidənqurma və modernləşdirilmə işlərinin həyata keçirilməsi məqsədilə qrafik üzrə 2018-ci ilin oktyabr ayında təmirə bağlanacaq.

“BNEZ-nin qrafik üzrə təmirə bağlanması daxili tələbatın ödənilməsi məqsədilə “Aİ-92” markalı benzinin Azərbaycana idxalına zərurət yarada bilər. Söhbət 80 min tonadək benzin ixracından gedir”, – agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, benzin idxalı Türkmənistandan həyata keçiriləcək. “Bu, qiymət və logistika məsələləri baxımından münasib variantdır”, – mənbə əlavə edib.

© İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər