19 C
Baku
Sunday, May 19, 2024

Aİ bu tarixdə Qırmızı dənizdə hərbi əməliyyata başlayacaq

Avropa Birliyi bazar ertəsi, fevralın 19-da Qırmızı dənizdə bir il müddətinə Aspides (“Qalxanlar”) hərbi əməliyyatına başlayacaq.

Bu barədə Aİ-nin yüksək səviyyəli nümayəndəsin bildirib.

“Əməliyyatın bir il ərzində öz məqsədlərini tamamlaması gözlənilir” deyə rəsmi bildirib.

Fevralın əvvəlində məlum olub ki, Qırmızı dənizdə təhlükəsiz naviqasiyanı təmin etmək üzrə Aİ missiyasının taktiki komandanlığı İtaliyaya verilib .

Bundan əvvəl Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Aİ ölkələrinin Qırmızı dənizin cənubunda gəmiləri Yəmənin Ənsar Allah hərəkatının (husilər) hücumlarından qorumaq üçün dəniz missiyası müdafiə xarakterli olacaq.

Onun sözlərinə görə, Aİ quruda hər hansı əməliyyat keçirməyi planlaşdırmır.

Yanvarın 22-də Aİ ticarət gəmilərini husilər tərəfindən atəşə tutmaqdan qorumaq üçün Qırmızı dənizdə missiya keçirməyə razılıq verib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər