10 C
Baku
Thursday, December 12, 2024

Aİ: Kiyev hərbi əməliyyatlar şəraitində NATO-ya üzv ola bilməz

Ukrayna öz ərazisində hərbi əməliyyatların getdiyi bir vaxtda NATO-ya üzv ola bilməz, bunu Avropa İttifaqının (Aİ) daxili bazar üzrə komissarı Tyerri Breton deyib, Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“Zelenski Ukraynanı NATO-ya qəbul etməyi xahiş edib, lakin bildiyiniz kimi, ölkə ərazisində hərbi əməliyyatlar zamanı alyansa qoşulmaq məsələsi gündəmə gələ bilməz. Ukraynada hərbi əməliyyatlar gedir və onların nə vaxt bitəcəyini demək çətindir”, – Breton vurğulayıb.

Avropa komissarının fikrincə, bu, “simvolik siyasi demarşdır”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarını, Zaporojye və Xerson vilayətlərini Rusiyaya birləşdirmək haqqında müqavilələr imzaladığı gün, sentyabrın 30-da Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olmaq üçün müraciət etdiyini açıqlayıb. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Kiyevin alyansa qoşulması üçün bütün NATO üzvlərinin razılığı tələb olunur.

Bir sıra dövlətlər, o cümlədən Baltikyanı ölkələr, Polşa, Çexiya, Şimali Makedoniya, Monteneqro, Rumıniya və Slovakiya Ukraynanın alyansa daxil olmasını dəstəklədiklərini bildiriblər. Almaniya isə bunun əleyhinə çıxış edərək, Qərb ölkələrinin NATO-nun münaqişəyə qarışmasını istəmədiyini qeyd edib. Ağ Ev də öz növbəsində bildirib ki, Ukraynanın bloka daxil olması məsələsi “başqa vaxtda” müzakirə edilməlidir.

Son xəbərlər
Digər xəbərlər