25 C
Baku
Monday, April 29, 2024

Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiyalar paketini qəbul edəcəyi tarix açıqlanıb

“Financial Times” Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiyalar paketini qəbul edəcəyi tarixi açıqlayıb. Məlumata görə, qərar bu gün, dekabrın 18-də qəbul oluna bilər.

Bildirildiyi kimi, Avstriya “Raiffeisen Bank”la bağlı etirazlarından əl çəkdikdən sonra yeni sanksiyalar paketinin qəbulu “sadəcə formallıqdır”.

“Reuters” dekabrın 14-də mənbələrə istinadən yazıb ki, Avstriya yeni anti-Rusiya sanksiyalar paketinin qəbulu müqabilində UKraynadan “Raiffeisen Bank International”ı müharibənin “beynəlxalq sponsorları” siyahısından çıxarmasını istəyib. Ukrayna Avropa Komissiyası ilə danışıqlar zamanı bankı öz qara siyahısına daxil etməyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər