10 C
Baku
Wednesday, December 11, 2024

Aİ-nin Türkiyə və Suriya üçün təşkil edəcəyi donorlar konfransının vaxtı açıqlanıb

Avropa Komissiyası və Aİ Şurasına sədrlik edən İsveçin təşəbbüsü ilə Türkiyə və Suriyadakı güclü zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün bu ölkələrə yardım məqsədi ilə keçiriləcək donorlar konfransının vaxtı açıqlanıb.

Bu barədə İsveçin xarici işlər naziri Tobias Billström bildirib.

Onun sözlərinə görə, donorlar konfransı martın 16-da Brüsseldə baş tutacaq.

“Biz bu konfransda fəal və çox sayda iştirak və eyni zamanda bu dəhşətli zəlzələnin nəticələrindən əziyyət çəkən insanlara yardım üçün vəsaitin toplanacağını gözləyirik”, – Billström vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər