Avropa İttifaqının (Aİ) Ukrayna üçün yaratdığı hərbi təlim missiyası fəaliyyətə başlayıb.
Bunu qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel tviterdə yazıb.
O, həmçinin Aİ-nin Ukraynaya hərbi yardım paketinin həcminin 3,1 milyard avroya çatdığını bildirib: “Rusiyanın son qərəzsiz hücumları Ukraynanı dəstəkləmək əzmimizi sarsıtmayacaq, əksinə, onu gücləndirəcək”.