9 C
Baku
Friday, December 13, 2024

Aİ Rusiya qazına qiymət “tavanı” təyin etməyəcək

Avropa İttifaqı (Aİ) ölkələri daxili fikir ayrılıqları və mümkün təchizat problemləri səbəbindən Rusiya qazına qiymət “tavanı” təyin etməkdən imtina ediblər. Vurğulanır ki, Avropa Komissiyası üzv dövlətlər arasında həmrəyliyi gücləndirən tədbirlərə arxalanır.

Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.

Ümumi qiymət həddi olmasa da, Avropa Komissiyası milli hökumətlərdən TTF qovşağında əməliyyatlar üzrə qiymət hədləri təklif etmək üçün (yalnız ekstremal hallarda) icazə istəyir. Bu tədbir qiymət artımlarının qarşısını almaq və spekulyasiyanı məhdudlaşdırmaq üçün istifadə edilə bilər.

Son xəbərlər
Digər xəbərlər