11 C
Baku
Wednesday, December 11, 2024

Aİ Rusiyadan idxal etdiyi qazın həcmini 40%-dən 7,5%-ə endirib

“Rusiya kömüründən tamamən azad olmağı bacardıq”.

Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Layen Estoniyanın Baş naziri Kaya Kallasla birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, ilin sonuna kimi Rusiyadan idxal edilən neftin həcmi 10%-a endiriləcək.

“Rusiya-Ukrayna müharibəsi başlayanda Avropa İttifaqına (Aİ) ixrac olunan qazın həcmi 40% idi. Son 7 ay ərzində bu rəqəmi 7,5%-ə endirməyi bacardıq”, – deyə Ursula Fon der Lyayen vurğulayıb.

Rusiyaya tətbiq olunan sanksiya paketlərindən danışan Layen Aİ-nin Rusiyaya qarşı tətbiq olunan 8-ci sanksiya paketinə xüsusilə toxunub: “Burada çox vacib məqam ondan ibarətdir ki, Avropa məhsullarını idxal edən üçüncü ölkələr bu məhsulu Rusiyaya ixrac edərsə bunu edən qurum, ya şəxs bizim tərəfimizdən sanksiya siyahısına salınacaq”.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər