-1 C
Baku
Sunday, December 15, 2024

Aİ Rusiyaya qarşı 10-cu sanksiyalar paketini qəbul edib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 10-cu sanksiya paketini qəbul edib.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel tviterdə yazıb.

Onun sözlərinə görə, yeni paketdə Rusiyanın 121 fiziki və hüquqi şəxsinə sanskiya tətbiq edilib.

“Biz Rusiyanın döyüş maşınını darmadağın etmək üçün birləşmişik”, – deyə Aİ-nin ali nümayəndəsi yazıb.

J.Borel həmçinin bildirib ki, yeni sanksiyada xüsusilə ukraynalı uşaqların deportasiyasına və məcburi övladlığa götürülməsinə görə məsuliyyət daşıyanlar hədəf seçilib.

Son xəbərlər
Digər xəbərlər