21 C
Baku
Monday, April 29, 2024

Aİ Rusiyaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları 2024-cü ilin fevral ayının sonuna qədər uzadıb. Müvafiq qərar təşkilatın jurnalında dərc edildiyi gündən qüvvəyə minir, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Yanvar ayında Aİ Şurası məhdudiyyətləri iyulun 31-dək uzadıb. Sanksiyalar 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra tətbiq edilib, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra isə genişləndirilib. Bunlara, xüsusən, texnologiya, ikili təyinatlı və lüks malların tədarükü ilə bağlı ticarət, maliyyə, sənaye və nəqliyyat sahələrində məhdudiyyətlər daxildir. Rusiya xam neftinin və bəzi neft məhsullarının Aİ-yə dəniz yolu ilə idxalına və ya daşınmasına da qadağa qoyulub.

İndi Aİ Rusiyaya qarşı onuncu sanksiyalar paketini nəzərdən keçirir. Onu fevralın 24-də, Rusiya hərbi əməliyyatının ildönümü günündə dərc etmək planlaşdırılır. Aİ artıq qəbul edilmiş məhdudiyyətlərdəki boşluqları bağlamaq niyyətindədir və sanksiyalar Rusiyanın 11 milyard avro dəyərində ixracına və “Alfa-Bank” da daxil olmaqla daha dörd banka təsir edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər